USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gömrük orqanlarının vəzifəli şəxsləri ilə bağlı yeni qayda müəyyənləşdi

14.01.2021 İqtisadiyyat
0 0
Gömrük orqanlarının vəzifəli şəxslərinin döş nişanından istifadəsinə dair qayda müəyyənləşib.

"Kommersant.az" xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsi Kollegiyasının "Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim formasının daşınması Qaydaları"na etdiyi dəyişiklikdə əksini tapıb.

Beləliklə, döş nişanı yalnız gündəlik və səhra geyim forması üçün nəzərdə tutulub, istiləşdirilmiş və ya demisezon gödəkcənin, kitelin və köynəyin sol tərəfdəki döş cibinin düyməsinə bərkidilməlidir.