USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neft Fondu bu yatağın işlənməsi ilə bağlı yeni müqavilə üzrə 450 mln dolar bonus alıb

19.01.2021 İqtisadiyyat
0 0
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə çərçivəsində $450 milyon məbləğində dördüncü bonusu alıb.

"Kommersant.az" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Fondu məlumat yayımlayıb

Məlumatda bildirilir ki,yeni müqavilənin şərtlərinə görə, 2018-2025-ci illər ərzində ARDNF-ə ümumilikdə $3,6 milyard məbləğində vəsaitin ödənilməsi nəzərdə tutulur və bonus məbləğinin 4-cü hissəsi – 450 milyon dolar yanvar ayının 5-də fonda daxil olub

ARDNF 2018-2020-ci illərdə AÇG yataqlar blokunun işlənməsi haqqında yeni müqavilə üzrə ümumilikdə 1,35 milyard dollar məbləğində üç tranş alıb.