Dünyanın ən böyük dördüncü ağıllı telefon istehsalçısı "Xiaomi" səhmlərinin ilkin kütləvi satışına (İPO) hazırlaşır.
"Kommersant" xəbər verir ki, 28 İyunda institusional investorlardan tələb toplamağa başlayacaq texnologiya nəhəngi, 2,18 milyard ədəd səhmini 17-22 Honq Konq dollarından investorlara təklif edəcək. Şirkətin səhmlərinin investorlara satışndan 6,1 milyard dollar vəsait cəlb ediləcəyi özlənilir. Şirkət, Honq Konq birjasında 9 İyuldan etibarən ticarət olunmağa başlayacaq.
Çinin ən böyük kabelsiz şəbəkə şirkəti "Chine Mobile"ın və ABŞ-ın çip istehsalçısı "Qualcomm"un maraqlananlar arasında olduğu bildirilir. Səhmlərin birjada ilkin kütləvi satışından sonra "Xiaomi"nin bazar dəyərinin 54 ilə 70 milyard dollar arasında bir rəqəmə çatacağı gözlənilir.
"Xiaomi" qazancının 70%-ni telefon satışlarından əldə edir. Ancaq şirkət reklam və onlayn oyunlar sahəsində də böyümək istəyir. "Xiaomi"nin banisi Lei Jun, səhm almaq üçün ilk müraciət edən addır. Lei, şirkətinin əksəriyyət hissəsini almaq istəyir.
Keçən il 100 milyard dollar dəyərində bir İPO planlaşdıran şirkətin bu layihəsi ABŞ-Çin arasında başlayan ticarət müharibəsilə təxirə salınmışdı.
Qlobal texnologiya bazarının analizi xidmətləri göstərən "Canalys"in Çin üzrə araşdırma direktoru Nicole Peng-ə görə, iki ölkənin gömrük vergisi davası, investorun etibarını azaldıb. ABŞ daxil xaricə genişlənmək istəyən "Xiaomi" üçün Qərb bazarlarına girmək bir qədər çətinləşib.