USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu ilin ilk 5 ayında 53 mln. dollarlıq elektrik enerjisi ixrac edib

23.06.2018 İqtisadiyyat
0 0
Bu ilin yanvar-may aylarında Azərbaycan 53,329 mln. ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib.

"Kommersant" Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 36,523 mln. dollar və yaxud 3,2 dəfə çoxdur.

Hesabat dövründə ixrac edilmiş elektrik enerjisinin həcmində də müsbət dinamika müşahidə edilib. Belə ki, xarici ölkələrə 1 129,802 mln. kVt/saat elektrik enerjisi satılıb. Bu da 2017-cı ilin ilk 5 ayına nisbətən 736,388 mln. kVt/saat və yaxud 2,9 dəfə çoxdur.

Yanvar-may aylarında elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracının 0,4%-ni təşkil edib.

Xatırladaq ki, Azərbaycanın ən əsas elektrik enerjisi ixracatçısı "Azərenerji" ASC-dir.