“May və sentyabr aylarında Şuşaya 10-12 min azərbaycanlının köçürülməsi gözlənilir”.
"Kommersant.az"ın xəbərinə görə bunu politoloq Cümşüd Nuriyev deyib.
C.Nuriyev bildirib ki, Xocavəndə də köçürülmənin həyata keçirilməsi mümkündür: "Xankəndi ilə bağlı müəyyən problemlərimiz var. Çünki azərbaycanlıların evlərinə ermənilər yerləşdiriliblər. Bu şəxslər daha çox Suriya və İraqdan gətirilənlərdir. Həmin ermənilərə saxta pasportlar da verilib. İnanıram ki, bu il azərbaycanlıların bir hissəsi Xocalı və Xankəndiyə köçürülə biləcək".