USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Badamdardakı sürüşmə ilə bağlı - AÇIQLAMA

29.01.2021 İqtisadiyyat
0 0
“Ərazidə baş vermiş sürüşmə prosesi əsasən təbii amillərin təsirindən yaranıb”.

"Kommersant.az"ın məlumatına görə, bunu Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisi Rafiq Həsənov deyib.

O bildirib ki, ərazinin geoloji quruluşunda iştirak edən süxurların yuyulmağa həssaslığı, maili yamacın olması, əraziyə yağan atmosfer yağıntıları bu prosesi qaçılmaz edib: "Hazırda tərəfimizdən tədqiqat işləri aparılır. Sürüşmə kütləsinin parametrləri ölçülür və bu istiqamətdə işlərimiz davam edir. Əraziyə başqa amillərin də təsiri var. Yamacın yuxarı hissəsindən təsərrüfat sularının axıdılması səbəbindən proses aktivləşib".