USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda devalvasiya olacaq? - AÇIQLAMA

30.01.2021 İqtisadiyyat
0 0
Son günlər bəzi iqtisadçı-ekspertlər və mütəxəssislər aprel-may aylarında dolların bahalaşacağı ilə bağlı iddialar səsləndirirlər.

Bəs görəsən, iqtisadçı-ekspert Rəşad Həsənov bu barədə nə düşünür?

"Kommersant.az" xəbər verir ki, “Azərbaycanda devalvasiya gözlənilirmi?” sualına cavab olaraq R.Həsənov bildirib ki, Azərbaycanda devalvasiya üçün zəmin çoxdan formalaşıb: “Dövlət bu prosesi mövcud resurslarla tənzimləməyə çalışır və ilin birinci yarısında devalvasiya gözlənilmir. Bu, büdcə sənədinin açıqlamasından da aydın görünür.

Bundan əlavə, neftin qiymətində pozitiv dinamika davam edir. Belə ki, Azərbaycan hökuməti nefti büdcədə nəzərdə tutduğundan 30-35 faiz baha sata bilir. Eyni zamanda, hökumət yaxşı başa düşür ki, əslində manatın məzənnəsinin dəyərdən düşməsi iqtisadiyyata ciddi nəsə verməyəcək. Əvəzində sosial problemlər daha da dərinləşəcək.

Düşünürəm ki, dünya bazarında neftin qiymətində ciddi dəyişikliklər olmasa, il ərzində hökumət dolların məzənnəsini sabit saxlamağa çalışacaq”.

Konkret.az