"Bakı Metropoliteni" QSC xüsusi karantin dövründə işə cəlb olunmayan əməkdaşlarını 1 fevraldan işə cəlb edir.
"Kommersant.az"ın modern.az-a istinadən məlumatına görə, bütün əməkdaşlara, maşinistlərə xidmət göstərdikləri stansiya üzrə işdə olmaq tapşırığı verilib. Bunun metronun fəaliyyətinin bərpasına hazırlıq çərçivəsində edildiyi vurğulanır.
Məsələ ilə bağlı qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-ın sorğusuna cavab olaraq deyib ki, bu, yoxlama xarakteri daşıyır:
"Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 1 fevralda qərar veriləcəyi gözlənilir. Metro açılacaq, açılmayacaq, açılacaqsa, hansı tarixdən açılacaq, bu, Operativ Qərargahın qərarına bağlıdır".
O deyib ki, metro qərar veriləcəyi təqdirdə, metro açılışa tam hazırdır.
Qeyd edək ki, Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə keçirilən sonuncu brifinqdə 15 fevraldan ali məktəblərdə əyani dərslərin bərpa olunacağı anonsu verilib. Nazir dərslərin başlayacağı təqdirdə metronun fəaliyyətinin bərpa olunacağını qeyd edib.