USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AMEA-nın mühafizəsi gücləndirilir: 147 minlik müqavilə bağlandı

30.01.2021 İqtisadiyyat
0 0
2021-ci il ərzində Azərbaycan Milli Elmlər Akademiyasının mühafizə olunması üçün müqavilə bağlanıb.

Müqavilə AMEA-nın İşlər İdarəsi ilə "Alov-Mühafizə" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında imzalanıb.

Müqavilənin şərtlərinə görə, MMC AMEA-nın Bakı şəhəri, Hüseyn Cavid prospektində yerləşən Akademiya şəhərciyində mühafizə xidmətini həyata keçirəcək. Bu xidmətə görə akademiya mühafizə xidmətinə 147 min 996 manat pul ödəyəcək.

Xidmət 26 yanvar 2021-ci il tarixindən 31 dekabr 2021-ci il tarixinə kimi davam edəcək.

Bildirək ki, "Alov-Mühafizə" vaxtilə Azərbaycanda məşhur olan "Riyad Mühafizə Xidməti"nin bazasında yaradılıb. Şirkətin qanuni təmsilçisi general rütbəsi daşıyan Qasımov Etibar Ağahüseyn oğludur. 2009-cü ildə təsis olunan "Alov-Mühafizə" MMC əsasən təhsil müəssisələri olmaqla Azərbaycanda yüzlərlə dövlət müəssisəsinin mühafizəsini təşkil edir. Mühafizə xidmətilə bağlı keçirilən dövlət satınalmalarının bir çoxunda məhz "Alov-Mühafizə" MMC qalib olur.

4 ay əvvəl AMEA-nın Mərkəzi Elmi Kitabxanasının mühafizəsi ilə bağlı keçirilən tenderin də qalibi E. Qasımovun rəhbərlik etdiyi digər bir şirkət - "Vətən-N Mühafizə Xidməti" MMC qazanıb.

YeniSabah.az

  • Əvvəlki

    Türkiyə təyyarəsi Bakıya dönməli oldu - Gecə Tehranda nə baş verib?

Digər xəbərlər

29.10.2024 İqtisadiyyat
Yumurta yenidən bahalaşdı
0 0
29.10.2024 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı
0 0
29.10.2024 İqtisadiyyat
Qızıl və gümüş bahalaşdı
0 0
29.10.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0