USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İşğaldan azad olunmuş rayonlarda inventarlaşdırma işləri

01.02.2021 İqtisadiyyat
0 0
“Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli Fərmanına uyğun olaraq, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin ilkin inventarlaşdırılması həyata keçirilir və məlumatlar elektron informasiya sisteminə inteqrasiya edilir.

Artıq 3945 daşınmaz əmlak və 504 infrastruktur obyekti olmaqla, 4449 əmlakın çöl inventarlaşdırma işləri tamamlanıb.

Bununla yanaşı, 54.07 km avtomobil yolunun, 17.2 km elektrik təchizatı xəttinin, 1.86 km su təchizatı xəttinin, 16.12 km suvarma şəbəkəsinin, 39.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin inventarlaşdırılması da başa çatdırılıb.

Ümumilikdə, 8 rayon üzrə 75 yaşayış məntəqəsində işlər yekunlaşdırılıb, digər yaşayış məntəqələri üzrə davam etdirilir.

  • Əvvəlki

    Sabiq nazir oğlunun Avropada daha bir şirkəti - FOTOFAKT

Digər xəbərlər

29.10.2024 İqtisadiyyat
Yumurta yenidən bahalaşdı
0 0
29.10.2024 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı
0 0
29.10.2024 İqtisadiyyat
Qızıl və gümüş bahalaşdı
0 0
29.10.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0