Fevralın 2-də saat 10:00-dan Binəqədi rayonu “Vulkan”, “1 may” yaşayış massivləri, Biləcəri və Binəqədi qəsəbələrinin bir hissəsində müvəqqəti fasilə yaranacaq.
Bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Məlumata görə, fasiləyə səbəb rayonun DSK yolu adlanan ərazidə yeraltı qaz sızmasının ləğvi, karroziyaya uğramış qaz kəmərinin əvəzlənməsi məqsədilə yeni çəkilmiş diametri 250 mm olan qaz xəttinin mövcud şəbəkəyə qoşulması işlərinin icra edilməsidir.