USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

SOCAR Pakistanı hansı şərtlərlə maye qazla təmin edəcək?

02.02.2021 İqtisadiyyat
0 0
Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) Pakistanı G2G (Government to Government - dövlətlərarası e-ticarət) sazişinə əsasən maye qazla təmin edəcək.

Bu barədə "Dawn News" məlumat yayıb.

Dövlət Neft Şirkəti (SOCAR) "Pakistan LNG Ltd" (PLL) və Pakistan Dövlət Neft Şirkətinə (PSO) il boyu benzin və LNG (maye qaz) yüklərinin kreditlə tədarükünü təklif edib. Saziş iki ölkə arasındakı strateji dostluq münasibətlərinə əsasən tənzimlənib.

"Socar Trading" 15-16 fevral tarixlərində müqavilə əsasında LNG yüklərinin müqaviləyə əsasən Pakistana çatdırılacağını təsdiqləyib.

SOCAR-ın uzunmüddətli benzin və LNG təchizatı ilə bağlı təklif irəli sürdüyü təsdiq edilib və təklif hər iki tərəf üçün ticari cəhətdən məqbul şərtlərə əsaslanıb.

Qeyd edək ki, 2020-ci ilin sonunda Pakistan təbii maye qaz (LNG) yükünün idxalı üçün tender elan edib. Tenderin qalibləri arasında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti - SOCAR da olub. "Pakistan LNG" Ltd-nın elan etdiyi tenderdə SOCAR-la yanaşı "Vitol" və "Trafigura" şirkətləri də i.ştirak edib.

  • Əvvəlki

    “Azəriqaz”: Bu gün saat 10:00-dan...

Digər xəbərlər

29.10.2024 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı
0 0
29.10.2024 İqtisadiyyat
Qızıl və gümüş bahalaşdı
0 0