2020-ci ildə Azərbaycanda un istehsalının həcmi 49.41 min ton həcmdə artıb. Bu da 2.77% illik artım dinamikasıdır.
"Kommersant.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 1 milyon 831.08 min ton buğda və ya çovdarla qarışıq buğda unu istehsal edilib. Bu 2019-cu il üzrə 1 milyon 781.67 min ton təşkil edirdi.
2020-ci ildə istehsal edilən unun 1 milyon 369.25 min tonu əmtəəlik olmuş, bunun da 1 milyon 370.72 min tonu satış üçün göndərilmişdir.
ÇÖRƏK İSTEHSALI DA ARTIB
2020-ci il ərzində Azərbaycanda 1 milyon 294.32 min ton həcmində adi – tərkibində sirop, yumurta, pendir və ya meyvələr olmayan təzə çörək istehsal edilib. Bu öncəki illə müqayisədə 37.92 min ton (3%) çoxdur.
İstehsal edilmiş çörəyin 845.51 min tonu əmtəəlik olub.
2019-cu il üzrə isə adi çörək istehsalı 1 milyon 256.40 min ton idi.