Prezident Co Bayden Rusiya tərəfi ilə əməkdaşlıq məsələlərini müzakirə etmək niyyətindədir.
"Kommersant.az" xəbər verir ki, bu sözləri Ağ Ev sözçüsü Cen Psaki deyib.
O, Ağ Ev rəhbərinin Rusiya ilə olan ziddiyyətli məsələlərə də toxunacağını bildirib:
"Bayden mövqeyindən geri çəkilməyib. Rusiya prezidenti ilə telefon danışığı da bunu sübut etdi. O, hətta Putinlə ziddiyyətləri birbaşa müzakirə etməyə hazırdır".