İşıqforlarla bağlı yeni qərar - BNA açıqladı
0
0
Bakıda quraşdırılan işıqforlardakı rəqəm taymerlərinin hamısı yığışdırılmır.
"Kommersant.az" Trend-ə istinadən xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev deyib.
O bildirib ki, rəqəm taymerləri əsasən yol qəzaları baş verən ərazilərdəki işıqforlardan yığışdırılır:
"Bununla bağlı mütəmadi olaraq həmin küçələrdə müşahidələr aparılıb, Dövlət Yol Polisi İdarəsindən ardıcıl müraciətlər daxil olub. Müəyyən edilib ki, bəzi küçələrin kəsişməsində baş verən qəzaların əksəriyyətinin səbəbi həmin rəqəm taymerləridir. Əsasən həmin ərazilərdə rəqəm taymerləri piyadaların vurulması ilə nəticələnir. Buna görə də, həmin küçələrdə təhlükəsizliyin təmin edilməsi məqsədilə işıqforlarda olan rəqəm taymerləri yığışdırılır, əvəzində işıqforla tənzimlənən piyada keçidləri çəkilir".
Mais Ağayev bildirib ki, yol qəzaları olmayan küçə və prospektlərdəki işıqforlarda isə rəqəm taymerləri qalmaqdadır və həmin taymerlər yığışdırılmayacaq.
Xəbərin müəllifi
"AFB Bank" işçi axtarır - VAKANSİYA
Azərbaycan-İtaliya Universiteti harada açılmalıdır? - RƏYLƏR
Digər xəbərlər
Visa təxminən 1400 işçi və podratçını işdən çıxaracaq
Ağdam Sənaye Parkında rezidentlərin sayı 28-ə çatıb
Yumurta yenidən bahalaşdı
Fərdi sahibkarlara verilən kreditlər 3.5 mlrd. manata çatıb
Azərbaycan nefti ucuzlaşdı
Qızıl və gümüş bahalaşdı
Bu günə olan valyuta məzənnələri
Azərbaycanda qaz və işıq limiti ləğv olunacaq? - AÇIQLAMA
Mərkəzi Bank faizlə bağlı nə qərar verəcək?
Bu günə olan valyuta məzənnələri
Sentyabrda ABŞ-da davamlı mal sifarişləri azalıb
Misli.az-da 20X-də 50 qəpiklə 50 min manat uduldu