USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Baş katib: "Azərbaycan OPEС+ kooperasiyasında vacib rol oynamağa davam edəcək"

23.06.2018 İqtisadiyyat
0 0
Azərbaycanın energetika naziri Pərviz Şahbazov OPEC-ə üzv və kartelə daxil olmayan bəzi ölkələrin nazirlərinin növbəti görüşünün 2019-ci ildə Bakıda keçirməyi təklif edib.

"Kommersant" bu barədə "Report"a istinadən xəbər verir.

"Mən fürsətdən istifadə edərək OPEC ölkələrinə növbəti nazirlərin görüşünü 2019-ci ildə Bakıda keçirmək barədə Azərbaycan Prezidenti İlham Əliyevin dəvətini çatdırmaq istərdim", - Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Nazirlər Şurasının 174-cü iclasından əvvəl P.Şahbazov bildirib.

O, giriş sözündən sonra OPEC katibliyinə 1846-ci ildə Bakı yaxınlığında quraşdırılmış dünyanın ilk neft buruğuna həsr edilmiş rəsm əsərini hədiyyə edib. Bu, hazırda muzey obyektidir.

OPEC-in Baş katibi Məhəmməd Barkindo Azərbaycanın OPEС+ kooperasiyasında vacib rol oynamağa davam edəcəyinə ümidvar olduğunu bildirib.

Xatırladaq ki, M.Barkindo bu il iki dəfə Bakıya səfər edib və Azərbaycanı kartelin tərkibində görmək istədiyini deyib. Lakin ölkə Prezidenti İlham Əliyevin bu məsələnin hələ müzakirə olunmadığını bildirib.

  • Əvvəlki

    Ekspert: "Çiyələyin qiymətinin baha olmasının səbəbkarı alverçilərdir"

Digər xəbərlər

23.12.2024 İqtisadiyyat
Şifrələmə üsulları kifayət etməyəcək
0 0
23.12.2024 İqtisadiyyat
Türkiyə lirəsi bu gün də ucuzlaşdı
0 0