Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin dördüncü görüşündə hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub.
Energetika Nazirliyindən verilən məlumata görə, OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasını Azərbaycan da dəstəkləyib.
Tədbirdə iştirak edən energetika naziri Pərviz Şahbazovun verdiyi məlumata görə, iclasda dünya neft bazarının son vəziyyəti təhlil edilib. Dünya iqtisadiyyatının inkişaf templəri, proqnozlar, neftə tələbatı əks etdirən təqdimatlar edilib. OPEC Nazirlər Şurasının 174-cü iclasının qərarını zəruri edən amillər nəzərdən keçirilib, OPEC-lə yanaşı, kartelə üzv olmayan ölkələr tərəfindən də öhdəliklərin 100 faizdən çox icrasının bazarda tələb-təklif tarazlığı üçün risklər yaratdığı qeyd edilib. Bazarda neft ehtiyatlarının azalması vəziyyətində artan tələbatın ödənilməsi üçün OPEC+ nazirlər səviyyəsindəki Monitorinq Komitəsinin Vyana razılaşması çərçivəsində neft hasilatının artırılması təklifinin qeyri-OPEC ölkələri tərəfindən qəbulunun vacibliyi bildirilib.
Görüşün yekununda OPEC ölkələri və təşkilata daxil olmayan ölkələr, o cümlədən Azərbaycan tərəfindən "Əməkdaşlıq Bəyannaməsi"nə imza atılıb.
Yeni qərarı şərh edən energetika naziri Pərviz Şahbazov neft bazarının yeni vəziyyətə uyğun tənzimlənməsi üçün OPEC+ formatında həmrəyliyin, hasilatın artırılması tədbirlərinin də davamlı əməkdaşlıq çərçivəsində həyata keçirilməsinin vacibliyini qeyd edib: "Neft bazarının neft hasil və ixrac edən ölkələrin maraqlarına uyğun inkişafı prosesinə Azərbaycan bundan sonra da dəstək verməyə hazırdır. İndiyə kimi OPEC+ çərçivəsində neft hasilatının azaldılması ilə bağlı öhdəliyini artıqlaması ilə yerinə yetirən Azərbaycan müvafiq tədbirlərlə ölkədə hasilat həcmlərini kvotaya uyğunlaşdırmaqla ümumi prosesə öz töhfəsini verəcək".
Qeyd edək ki, OPEC+ tədbiri çərçivəsində, dünyada ilk dəfə neftin sənaye üsulu ilə məhz Azərbaycanda çıxarıldığını təsdiqləyən Bibiheybət mədəni ərazisindəki quyunun təsvir olunduğu tablo OPEC-ə təqdim olunub. OPEC-in baş katibi Məhəmməd Barkindo Azərbaycanı neftin vətəni və dünya neft sənayesinə davamlı töhfələri olan ölkə kimi dəyərləndirib. Quyu barədə məlumat verən energetika naziri Pərviz Şahbazov isə bildirib ki, 1846-cı ildə Bibiheybət yatağında şəkildəki bu quyunun qazılması ilə dünyada sənaye üsullu neft hasilatının əsası qoyulub. Arxiv sənədləri əsasında ilk quyunun yeri dəqiqləşdirilərək bərpa edilib. Nazir Azərbaycanın 200 ilə yaxın tarixə malik neft sənayesinin inkişaf mərhələlərindən, həyata keçirilən layihələrdən danışıb, neft ölkəsi kimi uzunmüddətli inkişafı təmin edəcək yeni tədbirlərdən bəhs edib.
OPEC+ formatında müvafiq tədbirlərindən birinin Bakıda keçirilməsi ilə bağlı Azərbaycan Prezidentinin təklifi bir daha diqqətə çatdırılaraq, Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrin təms