Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkel arasında videokonfrans formatında görüş olub.
"Kommersant.az"ın xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Videokonfransda liderlər iki ölkə arasındakı əlaqələr və Türkiyə-Avropa İttifaqı (Aİ) əsas olmaqla, regional məsələlərlə bağlı müzakirələr aparıblar.
Prezident Ərdoğan Türkiyə-Aİ əlaqələrinin müsbət istiqamətdə inkişafına qərarlı olduqlarını ifadə edərək, martda keçiriləcək zirvə toplantısına hazırlıq prosesi üçün danışıqların intensivləşməsi və texniki tərəflərin həll edilməsinin vacibliyini də vurğulayıb.