Türkiyədə Prezident seçkisində 52.55% ilə Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsi xəbərinə bazarlar da reaksiya göstərib. Lirə təxminən 3% bahalaşıb.
"Kommersant" xəbər verir ki, həftənin ilk iş günündə Dollar/Türk Lirəsi məzənnəsi 2,9 % düşüb. Saat 10:25-də məzənnə 4.5450 səviyyəsində olub. Hazırda da Lirəsinin bahalaşması, Dolların ucuzlaşması davam edir.
Ötən həftə məzənnə 4.6771 səviyyəsindən bağlanmışdı.
Avro/TL məzənnəsi də 3% düşərək 5,2919 səviyyəsinə geriləyib.
Birja İstanbulun BİST 100 İndeksi ötən həftənin son iş günü 0,84% qalxaraq 95,852 səviyyəsindən bağlanmışdı. Birja açıldıqdan sonra da indeksin yüksələcəyi gölənilir. BIST 100 indeksi Birja İstanbulda ticarət olunan, bazar dəyəri və əməliyyat həcmi ən yüksək 100 şirkətin səhmlərinin ortaq performansının ölçülməsi məqsədilə yaradılmışdır.
Rəsmi olmayan nəticələrə görə, Prezident namizədlərinin yığdığı səslər (saat 07:47-yə olan məlumat)