USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda avtomobil bazarında vəziyyət necədir?

10.02.2021 İqtisadiyyat
0 0
Karantin rejiminin yumşalması, il dəyişməsi, manat üzərindəki neqativ təsirlərin tədricən aradan qalxması kimi amillər avtomobil bazarına müsbət təsirlərini göstərib.

Bunu əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

R.Osmanlı bildirib ki, alıcılıq qabiliyyətinin, müraciətlərin və buna nəzərən, bazarda aktiviliyin artımı müşahidə olunmaqdadır:

"Eyni zamanda, mövsüm olaraq avtomobil bazarı üçün aktiv bir dövr başlayır. Təbii ki, bu mövsümün həm idxala, həm də alıcılıq qabiliyyətinə müsbət təsirləri müşahidə olunur, yəni bu tendensiya hər il davam edir. Bundan əlavə, pandemiya dövründə ictimai nəqliyyatın fəaliyyətinin məhdudlaşdırılması Azərbaycanda avtomobilə olan marağı da qismən artırıb.

Bütün bu məsələlər avtomobil bazarında müsbət dinamikanın yaranmasına gətirib çıxarır. Hazırda qiymətlər barədə bir söz demək çətindir, ancaq aktivlik artığı halda qiymətlərə də müəyyən təsir göstərəcək".

Trend

  • Əvvəlki

    Azərbaycanda aylıq 18 min manat pensiya alan var - VİDEO

Digər xəbərlər

29.10.2024 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı
0 0
29.10.2024 İqtisadiyyat
Qızıl və gümüş bahalaşdı
0 0