USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

SOCAR Belarusa 90 min ton həcmində Azərbaycan nefti göndərib

12.02.2021 İqtisadiyyat
0 0
SOCAR fevralın əvvəlində Belarusa 90 min ton həcmində bir partiya Azərbaycan nefti nəql edib.

Bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

"90 min ton həcmində neftin nəqli fevralın 5-də Supsa limanından həyata keçirilib", - deyə İ.Əhmədov bildirib.

O, həmçinin deyib ki, "SOCAR Trading" Belarus tərəfi ilə 2021-ci ildə təxminən 1 milyon ton neftin nəqli haqqında müqavilə imzalayıb.

Bütövlükdə, 2020-ci ildə SOCAR "Belneftexim" konserninə 1 milyon tona yaxın neft, o cümlədən 720 min tona yaxın Azərbaycan nefti nəql edib, qalan həcm isə qeyri-Azərbaycan neftinin payına düşüb.

Xəbər verildiyi kimi, "SOCAR Trading" 2020-ci ilin mart ayında "Belneftexim" konserninə neft tədarükünə başlayıb.

Odessa-Brodı kəməri vasitəsilə Azərbaycandan Belarusa neft 2011-ci ildə nəql olunub. Müqavilədə 4 milyon ton neftin nəqli nəzərdə tutulsa da, faktiki həcm təxminən 900 min ton təşkil edib.

  • Əvvəlki

    Azərbaycanda zeytun plantasiyalarının 80%-i - MƏHV OLUB

Digər xəbərlər

29.10.2024 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı
0 0
29.10.2024 İqtisadiyyat
Qızıl və gümüş bahalaşdı
0 0