Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumatda deyilir ki, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 93 ünvanına (BEGOC Biznes Mərkəzi) bildirə bilərlər.
Xatırladaq ki, "Krosvey" 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 12,614 milyon manat, qanuni təmsilçisi isə Cümşüd Nuru oğlu Bağırovdur. O, vaxtilə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin də rəhbərliyində təmsil olunub.