Azərbaycanda “ƏDV Gerial” layihəsinin 900 mindən çox istifadəçisi var.
"Kommersant.az" xəbər verir ki, bu barədə "Post-pandemiya dövründə vergi sistemi" konfransında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvəqqəti rəisi Orxan Nəzərli çıxışında deyib.
"ƏDV Gerial" layihəsi üzrə istehlakçılara 2020-ci il üzrə 33.4 mln manat "cash back" ödənilib.
DVX rəisi xatırladıb ki, edvgerial.az portalında 80 mln üzərində kassa çeki qeydə alınmış və yeni nəsil kassaların sayı 23 min olub.