USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazirlər Kabinetinin əməkdaşları COVID-19-a qarşı vaksinasiya olunur

15.02.2021 İqtisadiyyat
0 0
Nazirlər Kabinetinin 32 işçisi bu gün koronavirus əleyhinə vaksinasiyadan keçməyə başlayıb.

"Kommersant.az"ın məlumatına görə, Kliniki Tibbi Mərkəzin modul tipli xəstəxanasının həkim infeksionisti Heybətova Maisə jurnalistlərə bildirib ki, modul tipli xəstəxana vaksinasiya üçün ayrılıb: "2 gündür artıq işlər başlayıb. Vaksinasiyaya tam hazırıq. Bu gün Nazirlər Kabinetinin 32 əməkdaşı peyvənd olunacaq".

M. Heybətova bildirib ki, Azərbaycana gətirən vaksin tam təhlükəsizdir.

Qeyd edək ki, Azərbaycanda vaksinasiya prosesinə yanvarın 18-dən başlanılıb. İlk mərhələdə səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əksepidemik tədbirlərə cəlb olunan heyət, ikinci mərhələdə isə tibbi yüksək riskli olanlar (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar), 50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər, Təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi, yüksək riskli şəraitli işlərdə (cəmiyyətin fəaliyyəti üçün həyati vacib sahələrdə çalışan və əhəmiyyətli dərəcədə daha yüksək riskli sahələrdə çalışan – milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslərin peyvənd olunacaq. Ölkədə Çinin Sinovac şirkətinin istehsalı olan "Coronavac" vaksinindən istifadə olunur.

  • Əvvəlki

    Ermənistanda azərbaycanlı adından istifadə edən şəxs saxlanıldı - 12 ilədək həbs gözləyir

Digər xəbərlər

29.10.2024 İqtisadiyyat
Yumurta yenidən bahalaşdı
0 0
29.10.2024 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı
0 0
29.10.2024 İqtisadiyyat
Qızıl və gümüş bahalaşdı
0 0
29.10.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0