Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevin milyonluq villası və avtomobili üzə çıxıb.
"Kommersant.az" xəbər verir ki, rektor Fuad Hacıyev Xətai rayonunda yaşadığı mülkün yaxınlığında daha bir villa alıb. Bu mülkün qiyməti 1 milyon manat dəyərindədir. Bununla yanaşı, F. Hacıyev 440 min manata (259 min dollar) son model "Range Rover" markalı avtomobil alıb. Rektor "10 CN 394" dövlət nömrə nişanlı "Range Rover"i həyat yoldaşı İbrahimova Cəmilə Məmmədəli qızının adına rəsmiləşdirib. Fuad Hacıyev isə sözügedən avtomobili etibarnamə ilə idarə edir.