USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan gömrüyü Avropanın tranzit sisteminə qoşulacaq

19.02.2021 İqtisadiyyat
0 0
“Gömrük əməliyyatlarının təkmilləşdirilməsi sahəsində əsas hədəflərdən biri yeni tranzit sistemlərinə qoşulmaq yolu ilə mövcud tranzit əməliyyatlarının diversifikasiyasıdır”.

"APA-Economics"in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədrinin müavini Cavad Qasımov "Caspian Energy Club"ın təşkil etdiyi "Online B2G Forum"da çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu istiqamətdə Avropanın Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə qoşulması prosesində DGK-yə dəstək verilməsini nəzərdə tutan "Twinning" layihəsi həyata keçirilir.

"Bu məqsədlə artıq İtaliyadan olan mütəxəssislərlə əməkdaşlıq edilir. Bu ilin sonunadək layihə üzrə fəaliyyətlərin yerinə yetirilməsi nəzərdə tutulub. Avropanın ümumi tranzit prosedurunun tətbiqi vahid gömrük sənədi və gömrük zəmanəti ilə malların Avropaya və əks istiqamətdə daşınması prosesinin sürətləndirilməsinə töhfə verməklə, bir tərəfdən ölkəmizin tranzit potensialının artırılmasına, digər tərəfdən isə "Made in Azerbaijan" brendinin Avropa bazarlarına çıxışı ilə bağlı daşımaların sadələşdirilməsinə xidmət edəcək", - deyə C. Qasımov qeyd edib.

  • Əvvəlki

    Bakıda yeni tunel istifadəyə verildi

Digər xəbərlər