USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bəzən çəkdiyimiz yolu yenidən sökməli oluruq” - Saleh Məmmədov

22.02.2021 İqtisadiyyat
0 0
2023-cü ilə qədər Bakının qəsəbələrində yol problemi həllini tapacaq.

"Kommersant.az" xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədov "2020-ci ildə yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələr" mövzusunda brifinqdə bildirib.

"Paytaxtın qəsəbələrində qeyri-qanuni məskunlaşma nəticəsində kənd təsərrüfatı təyinatlı torpaqlarda evlər tikilib, həmin ərazilərin isə təbii ki, yolu yoxdur. Bəzən bu ərazilərə yol çəkdikdən sonra məlum olur ki, kommunikasiya xətləri çəkilməyib. Odur ki, çəkdiyimiz yolu yenidən sökməli oluruq. Bu isə işimizi ləngidir", - o deyib.