USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Müddət açıqlandı: Gələn ilin mayınadək...

22.02.2021 İqtisadiyyat
0 0
Bakı-Quba yolunun 150 km-lik ödənişli istifadə üçün nəzərdə tutulan hissəsi gələn ilin mayınadək istifadəyə veriləcək.

"Kommersant.az"ın məlumatına görə bu barədə AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədov "2020-ci ildə yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələr"ə həsr olunmuş brifinqdə deyib.

Onun sözlərinə görə, yolun bir hissəsi tam hazırdır və burada xüsusi qurğular da quraşdırılıb. Tariflərlə də bağlı artıq müraciət edilib.

Şamaxı-Quba yolunun tikintisi məsələsinə toxunan S. Məmmədov qeyd edib ki, bu istiqamət üzrə yolun tikintisi hələ nəzərdə tutulmayıb.