USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan ötən il Rusiyaya 180 min ton pomidor göndərib

22.02.2021 İqtisadiyyat
0 0
2020-ci il ərzində Azərbaycan xarici bazarlara 201,354 mln. ABŞ dolları dəyərində 187 539,38 ton təzə və soyudulmuş pomidor göndərib.

"Kommersant.az"ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, ixrac olunan pomidorun həcmi ötən il 7,4% artıb. İxrac istiqamətlərinə gəldikdə, ötən il ən çox pomidor Rusiyaya göndərib. Belə ki, 2020-ci ildə Azərbaycan Rusiyaya 197,414 mln. dollarlıq 179 884,75 pomidor tədarük edib ki, bu da illik müqayisədə 4,1% çoxdur. Qonşu ölkə Azərbaycanın pomidor ixracı bazarının 95,9%-ni təşkil edib.

Qeyd edək ki, "Rosselxoznadzor"un Dağıstan Respublikası İdarəsinin müfəttişləri 1-18 fevral tarixlərində Azərbaycandan ümumi çəkisi 50,4 ton olan üç pomidor partiyasını saxlayıblar və məhsul yenidən Azərbaycana qaytarılıb.

Xatırladaq ki, AQTA tərəfindən ölkə ərazisi üzrə fəaliyyət göstərən 275 pomidor, 37 alma istehsalı və ixracı ilə məşğul olan müəssisə haqqında zəruri məlumatlar rəsmi qaydada Rusiya Federasiyasının müvafiq qurumuna təqdim olunandan sonra, bu günədək 51 pomidor və