SOCAR nizamnamə kapitalını dövlət büdcəsi hesabına artıracaq

25.06.2018
İqtisadiyyat
0
0
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu il nizamnamə kapitalının artırılması üçün dövlət büdcəsindən 963,2 milyon manat subsidiya alacaq.
"Kommersant" bildirir ki, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov deyib.
Onun sözlərinə görə, bu məbləğdən 663,2 milyon manatı "Ümid", "Qarabağ" və "Babək" neft yataqlarında qazma işləri üçün istifadə olunacaq.
SOCAR əlavə 300 milyon manatı "Azərenerji" ASC-yə ucuz qiymətə satılması üçün təbii qaz idxalı məqsədilə alacaq
Trend
Digər xəbərlər

29.04.2025
İqtisadiyyat
BVF Azərbaycanda inflyasiya ilə bağlı 2030-cu ilə qədər olan proqnozlarını təqdim edib
0
0