USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gürcüstanın yeni Baş naziri və hökuməti təsdiq olundu

23.02.2021 İqtisadiyyat
0 0
Gürcüstan parlamenti İrakli Qaribaşvilinin rəhbərlik etdiyi yeni hökumətə etimadını bildirib.

TASS xəbər verir ki, səsvermə 89 - lehinə, iki - əleyhinə olmaqla başa çatıb.

Qeyd edək ki, Qaribaşvili hökumətinə cəmi iki yeni nazir - müdafiə naziri Cuanşer Burçuladze, eləcə də regional inkişaf və infrastruktur naziri İrakli Karseladze daxil olub.

Səsvermə qanunverici orqanın veb saytında canlı olaraq yayımlanıb.