USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda pensiya yaş həddi yüksək deyil - Nazirlik

23.02.2021 İqtisadiyyat
0 0
Azərbaycanda pensiya yaşının yüksək olması ilə bağlı iddiaları biz də eşidirik, amma bu iddiaların heç bir əsası yoxdur.

"Kommersant.az"ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Elnur Abbasov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda əhalinin pensiya yaş həddi yüksək deyil:

"Bununla bağlı mütəmadi olaraq, araşdırma aparılır, sosial-iqtisadi inkişaf baxımından Azərbaycana yaxın olan bir neçə ölkənin təcrübəsi davamlı olaraq öyrənilir".

E.Abbasov qeyd edib ki, elm və texnikanın inkişafı insanların ömrünün uzanmasına səbəb olub:

"Bunu beynəlxalq təşkilatlar da deyir. Həyat səviyyəsinin yaxşılaşması, ömür uzunluğunun artması nəticəsində pensiya yaşı bütün ölkələrdə mərhələli şəkildə artır. Bu gün elə ölkə tapmaq olmaz ki, o, pensiya yaşını mərhələli şəkildə artırmasın".

  • Əvvəlki

    Deputat Operativ Qərargaha səsləndi: “Metro açılsın!“

Digər xəbərlər

28.11.2024 İqtisadiyyat
İrandan 'neft' etirafı
0 0
28.11.2024 İqtisadiyyat
Yeni lizinq şirkəti təsis edilib
0 0