USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ekspertdən pensiya yaşının artırılmasına sərt reaksiya

23.02.2021 İqtisadiyyat
0 0
"Düşünürəm ki, Azərbaycanda mövcud şərtlər daxilində pensiya həddi qadınlar və kişilər üçün 65 yaşa geri çəkilməlidir”.

Bunu açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov bu il iyulun 1-də Azərbaycanda qadınların pensiya yaş həddinin yenidən artırılacağından danışarkən deyib. O bildirib ki, 2017-ci ildə "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik ediləndə pensiya yaşı ilə bağlı gender fərqinin aradan qaldırılıması istiqamətində yanaşma ortaya qoyulub və pensiya yaşının yuxarı həddi kimi 65 yaş müəyyən edilib:

"Hər il 6 ay artırmaq şərti ilə bu proses qadınlarda 2027-ci ildə 65 yaşa çatdırılacaq. Çünki qanuna dəyişiklik 2017-ci ilin iyun ayında edilib. Burada kifayət qədər problem var. Məsələ tək qadınlarla bağlı deyil. Qadınlarla bağlı məsələ ittiham olunarkən dünya praktikasından nümünələr gətirirlər. 2017-ci ilə olan göstəricilərə görə, 130 dünya ölkəsi artıq bu gender fərqini aradan qaldırıb. Yəni, bu ölkələrdə qadınlarla kişilərin yaş həddi bərabərləşib. Bu da onunla izah olunur ki, ümumiyyətlə, dünyada da Azərbaycanda da qadınlar kişilərlə nisbətən 5-7 il çox yaşayır. Onların daha erkən pensiyaya çıxması əslində uzun müddət kişilərlə müqayisədə daha çox pensiya almasına gətirib çıxardır".

Rəşad Həsənov hesab edir ki, Azərbaycanda 65 yaş həddi yuxarıdır:

"Azərbaycanda orta yaş həddi aşağıdır. İndiki halda bu gün pensiyaya çıxan insanlar 1950-ci ildə doğulanlardır. Bu insanların gözlənilən orta yaş həddi 70-71 arasındadır. Bu o deməkdir ki, hökümət əslində bir tərəfdən deyir, gözlənilən pensiya dövrü 12 ildir, yəni 144 aydır. Bununla bağlı 2006-cı ildə Prezidentin sərəncamı var. Gözlənilən pensiya dövrü təsdqilənib, 12 il, 144 ay. Amma həmin dövrdə Azərbaycanda pensiya aşağı idi, qadınlar 57 yaşında pensiyaya çıxa bilirdi. Yalnız İndi pensiya yaşı artırılıb, 65-ə çatdırılır və gözlənilən pensiya dövrü dəyişmir, yəni 144 ay saxlanılır. Burada aldadıcı məsələ var. Hökümət insanlara 144 ay pensiya verirəm deyib, 6 il müddətində pensiya təklif edir. Ümumiyyətlə götürəndə bu, nəinki dünyada, hətta MDB-də ən aşağı göstərici hesab olunur. Burada aldadıcı tərəf ondan ibarətdir ki, yığılmış pensiya kapitalı 6 ilə yox, 144-ə, yəni, 12 ilə bölünür və aylıq pensiya məbləğiniz iki dəfə az olur. Bu məsələ üstündə işlənilməlidir. Bizdə pensiya yaşı ilə orta ömür arasındakı müddət çox azdır. Azərbaycanda orta ömür müddəti 71 ildir. Biz 65 yaşında pensiya hüququ əldə edəndə cəmi 5-6 il pensiya ala bilirik".

Qaynarinfo

  • Əvvəlki

    Azərbaycanda pensiya yaş həddi yüksək deyil - Nazirlik

Digər xəbərlər

28.11.2024 İqtisadiyyat
İrandan 'neft' etirafı
0 0
28.11.2024 İqtisadiyyat
Yeni lizinq şirkəti təsis edilib
0 0