“Son üçü gündə beş nəfər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin həssas qruplarından olan insanlar üçün Sığınacaq və Reabilitasiya müəssisəsinə yerləşdirilib”.
Bunu açıqlamasında qurumun İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Murad Həşimov bildirib.
Onun sözlərinə görə, hazırda sığınacaqda 61 şəxs var:
"Doqquzu uşaqdır. 52 nəfər isə 18 yaşında yuxarı olan şəxslər üçün olan şöbədə qalır".
M.Həşimov qeyd edib ki, bu gün ərzində bir nəfər sığınacağa yerləşdirilib:
"Müraciət olarsa, həmin şəxsləri sığınacağa yerləşdirəcəyik. Əsas odur ki, onlar soyuq havada küçədə qalmasınlar".
Qeyd edək ki, ölkə ərazisində dünən axşamdan etibarən hava kəskin dəyişib.