USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

DB: Azərbaycan kənd təsərrüfatında rəqəmsal texnologiyalardan daha fəal istifadə etməlidir

25.06.2018 İqtisadiyyat
0 0
Azərbaycan kənd təsərrüfatında rəqəmsal texnologiyalardan daha fəal istifadə etməlidir.

"Kommersant"ın məlumatına görə, Dünya Bankının kənd təsərrüfatı üzrə qlobal praktikasının rəhbəri Culian Lampyetti bildirib.

C.Lampyettinin sözlərinə görə, bu gün Azərbaycan iqtisadiyyatı qarşısında dayanan əsas problemlər aşağı məhsuldarlıq, ixracın məhdud bazarlarda cəmlənməsi və texnologiyaların kənd təsərrüfatında az tətbiq olunmasıdır:

“Azərbaycanın kənd təsərrüfatında ümumi istehsalat potensialı 1,1 milyard dollar təşkil edir, amma hazırda ölkə bu potensialın təxminən yarısını istifadə edir. Digər mənfi göstərici isə odur ki, Azərbaycandan kənd təsərrüfatı məhsullarının ixracının 77 faizi Rusiyanın payına düşür. Ona görə də yeni bazarlar haqqında fikirləşmək lazımdır”.

Bank rəsmisi əlavə edib ki, texnologiyaların inkişafı Azərbaycanda məhsuldarlığı üçqat artırmağa imkan verəcək:

“Biz inanırıq ki, rəqəmsal texnologiyalar gələcəkdə aqrar sektorun inkişafını təmin edəcək. Ona görə də biz Azərbaycana yeni texnologiyalar tətbiq etməyi məsləhət görürük. Biz bu sahədə hökuməti dəstəkləməyə hazırıq”.