2021-ci ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət dövriyyəsi ötən ilin eyni dövrünə nisbətən 2,6% milyon manat artıb.
"Kommersant.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ilk ayda dövriyyə 3 154,8 milyon manat həcmində olub. 2020-ci ilin yanvarında bu göstərici 3 075,6 milyon manat təşkil edib.
Qeyd edək ki, 2020-ci ildə pərakəndə ticarət dövriyyəsinin illik həcmi 40 166,5 milyon manat olub.