Xarici mətbuatda Rusiya qaz boru xəttinin Azərbaycan üzərindən keçərək Ermənistana gedəcəyi barədə məliumat yayılıb.
“Kommersant.az”Azərbaycanın Quba şəhərindən daxil olacaq “Qazpromun” boru xəttindən ölkəmiz 5% gəlir əldə edəcək. Buna görə də sözügedən xəttin Azərbaycandan keçməsi bizim üçün iqtisadi olaraq sərfəli hesab edilir.
Məsələ ilə bağlı saytımıza açıqlama verən iqtisadçı-ekspert İlham Şaban bildirib ki, dünya bazarında da ümumi həcmin 5% qədəri tranzit ölkələrə haqq verilir. Bundan başqa həmin qaz xəttinin Azərbaycandan keçməsi bizə dividend qazandıracaq. Həmçinin dünyaya da sübut edəcəyik ki, biz Ermənistana düçmən münasibəti bəsləmirik.
Buna baxmayaraq İran Azərbaycan qazının öz ərazisindən Naxçıvana nəqlinə görə 15% tranzit haqqı alır. Qarabağın işğaldan azad olunması ilə əlaqədar Naxçıvanla komunikasiyaların yenidən qurulması bizə öz qazımı Naxçıvana sovet ittifaqında olduğu kimi birbaşa ötürmək və bundan da yüksək gəlir əldə etmək imkanı yaradacaq.
Ekspert həmçinin qeyd edib ki, ötən il “Qazprom”un orta satışı 134 ABŞ dolları olduğu halda Ermənistana bu qazı 160 ABŞ dollarına satırdı.