2021-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanda nəqliyyat sektorunda yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11.1% və 47.7% azalıb.
"Kommersant.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 30.3 milyon ton yük daşınıb. Yüklərin 3%-i dəniz, 8.5%-i dəmir yolu, 0.3%-i hava, 53.5%-i avtomobil nəqliyyatı, 34.7%-i isə boru kəməri ilə daşınıb.
Qeyd edək ki, Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 14% azalıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 75.5% təşkil edib.