Azərbaycan neftinin qiymətində kəskin ucuzlaşma baş verib.
"Kommersant.az" xəbər verir ki, dünya birjasında “Azeri Light” neftinin bir barreli 2,42 dollar ucuzlaşıb. Hazırda qiyməti 65,17 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.