“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə 2021-ci ilin fevral ayı ərzində hüquqi və fiziki şəxslər tərəfindən 117 dəfə müraciət daxil olunub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Valyuta.az-a verilən məlumata görə, ümumilikdə 148 ədəd sertifikat (63 ədəd mənşə, 44 ədəd baytarlıq, 14 ədəd Qida təhlükəsizliyi sertifikatı, 27 ədəd CİTES) verilib.
Cari ilin fevral ayı ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə 20,1 (20,060,664.97) milyon ABŞ dolları dəyərində ixrac həyata keçirilib.
Hüquqi və fiziki şəxslər tərəfindən qiymətli külçələr, nar, alma şirələri, narşərab, pivə, feyxoa və heyva spirtsiz içkiləri, zəfəran mürəbbələri, bitki və günəbaxan yağları, tibbi zəli, duzlanmış qoyun bağırsağı, xromlanmış heyvan dərisi, iri və xırdabuynuzlu heyvanların daxili orqanları, pendir, feyxoa və heyva spirtli içkilər, nərəcinsli balıqların təzə dondurulmuş əti, quru meyvələr, qatılaşdırılmış süd, dondurma, quşlar üçün peyvənd, işlənmiş katalizator, polad armatur yayması, polad boru, polad kvadrat pəstah ixracı həyata keçirilib.
Yuxarıda adı çəkilən məhsullar arasında qiymətli külçələr (64,5%), (polad armaturyayması (11,7%), günəbaxan yağları (10,1%), pendir (6,1%), meyvə şirələrinin (1,9%) ixracı üstünlük təşkil edib.
Sertifikat verilən məhsullar 22 ölkəyə- İsveçrə (64,5%), Rusiya (10,4%), Gürcüstan (9,4%), Türkiyə (7,2%), Ukrayna (0,8%), digər ölkələrə (7,8%)- (ABŞ, Baltimor, Dubay, Fələstin, Polşa, Misir, Belarus, Fil Dişi Sahili, Avstraliya, İraq, Kanada, Belçika, Honq-Konq, İsrail, Qazaxıstan, BƏƏ, Özbəkistan) ixrac edilib.
İxrac olunan məhsulların hava nəqliyyatı ilə (64,9%), avtomobil ilə (28,2%), dəmiryolu nəqliyyatı (6%), qarışıq nəqliyyat ilə ixracı isə (0,9%) təşkil edir.