USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Taksi qiymətlərinin artırılması qanunazidd deyil - RƏSMİ AÇIQLAMA

01.04.2021 İqtisadiyyat
0 0
Dövlət Avtomobil Nəqliyyatı Xidməti bayram günlərində taksilərdə qiymət artımı ilə bağlı məsələyə aydınlıq gətirib.

"Kommersant.az" xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Nuridə Allahyarova sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, taksi sürücülərinin mövsümə və dəyişən tələb-təklifə uyğun şəkildə qiymətləri artırıb azaltması qanunazidd əməl sayılmır: “Qanunvericilikdə taksilərlə bağlı hər hansı vahid tarif standartı mövcud deyil. Bu, xidmət bazarına uyğun şəkildə fərdi və ya hüquqi şəxsin özü tərəfindən tənzimlənir. Ancaq Dövlət Avtomobil Nəqliyyatı Xidməti olaraq mütəmadi şəkildə taksi sürücülərinə şifahi xəbərdarlıq edirik və tətbiq ediləcək qiymətlərin istehlakçının ödəmə qabiliyyətinə uyğun olmasını nəzərə almalarını tövsiyə edirik”.

Qeyd edək ki, bayram günlərində ictimai nəqliyyat işləmədiyindən gündəlik xidmət sahəsində çalışan vətəndaşlar taksilərdən istifadə etmək məcburiyyətində qalıb. Tələbat çoxaldığından bəzi taksi sürücüləri gediş qiymətlərini artırıblar.

  • Əvvəlki

    Sabiq məmurlar nə qədər pensiya alırlar? - Məbləğlər açıqlandı

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0