"OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri bu gün 2021-ci ilin may ayından etibarən neft bazarında atılacaq addımlara dair tövsiyə hazırlayacaq.
"Kommersant.az" xəbər verir ki, bunu Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak deyib.
Onun sözlərinə görə, "OPEC+" artıq neft ehtiyatlarını beşillik orta səviyyəyə endirmək hədəfinə çatıb. Hazırda bazarda gündəlik 2 mln. ton həcmində defisit yaranır.
A. Novak onu da əlavə edib ki, bu il qlobal iqtisadiyyatın 5% artması neftə olan tələbatın 5,5 mln. barel artmasına gətirib çıxaracaq.
Öncə bildirilirdi ki, "OPEC+" ölkələri müzakirələrdə may ayı üçün neft hasilatı kvotalarının qorunması variantını, lakin iyun ayında tədricən artırılmasını düşünürlər.