USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan MDB məkanında minimum əmək haqqına görə neçənci yerdədir? - ARAŞDIRMA

06.04.2021 İqtisadiyyat
1 0
Bilindiyi kimi, aylıq minimum əmək haqları hər bir dövlətin sosial siyasətində və vətəndaşların iqtisadi həyatında aparıcı rola malik ünsürdür.

"Kommersant.az" xəbər verir ki, bir müddət öncə Avropa Mərkəzi Bankı tərəfindən təqdim edilən hesabatda, region ölkələri üçün 2020-ci il üzrə aylıq minimum əmək haqqı miqdarı açıqlanmışdı. Bu siyahıda Azərbaycan sonuncu sırada qərarlaşaraq, Avropa regionu üzrə ən aşağı göstəriciyə sahib olmuşdu. Xarici mütəxəssislər bunun yeridilən sosial siyasətin lazımi səviyyədə inkişaf etmədiyi ilə əlaqəli olduğunu vurğulamışdılar.

Bəs aşağı göstəricilər özünü MDB məkanındakı ölkələr arasında da biruzə verirmi?

Ötən ilin statistikaları göstərir ki, MDB məkanında Azərbaycanın tutduğu yer indiki dövr üçün ürək açan olsa da, gələcək dövr məzənnənin necə olacağı bilinmir. Bundan başqa, 2019-cu illə müqayisədə 2020-ci ildə minimum əmək haqqı miqdarında artım üzv dövlətlərdən yalnız bir neçəsində müşahidə edilib.

Belə ki, Ukraynada 27%, Moldovada 7.5%, Belarusda 6.7%, Özbəkistanda 7%, Rusiyada isə 5.5% artıb. Müqayisə olunna illər arasında Azərbaycan və Ermənistanda minimum əmək haqqı miqdarı stabil qalıb. Yeganə olaraq, Qazaxıstanda isə minimum əmək haqlarının miqdarı 1.1% aşağı düşüb.

Statistikalar sübut edir ki, MDB ölklərinin apardığı sosial siyasətin əsasları gələcək üçün çox güclü gözləntilər vəd etmir. Təkcə bir faktı qeyd etmək kifayət edir ki, bu fərq ortaya çıxsın. Belə ki, Avropa ölkələri arasında ən aşağı minimum əmək haqqına sahib olan Bolqarıstanda belə bu göstərici 390 ABŞ dolları olduğu halda, MDB ölkələri üzrə ən yüksək minimum əmək haqqı olan Ukraynada 171 dollardır.

MDB ölkələri üçün ötən il üzrə minimum əmək haqqıların dollarla olan miqdarı əks olunmuş siyahını Sizə təqdim edirik:

MDB ölkələri

Minimum əmək haqqı miqdarı

Azərbaycan

140 $

Ukrayna

171 $

Rusiya

146 $

Belarus

134 $

Gürcüstan

130 $

Ermənistan

101 $

Qazaxıstan

88 $

Özbəkistan

57 $

Tacikistan

54 $

Qırğızıstan

45 $

Valyuta