USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyə bankları üçün maliyyələşmə riskləri artıb - "Fitch"

08.04.2021 İqtisadiyyat
0 0
Türkiyə Respublikası Mərkəzi Bankının sədrinin dəyişməsi fonunda türk bankları üçün maliyyələşmə riskləri daha da artıb.

"Kommersant.az" İnvestaz.az-a istinadən xəbər verir ki, bu barədə "Fitch Rating" Beynəlxalq Reytinq Agentliyi çap etdiyi araşdırma hesabatlarının birində açıqlayıb.

Bankların qısamüddətli borclarının artdığını qeyd edən Agentlik əlavə edib ki, 2020-ci ilin sonunda türk banklarının xarici borcu 2019-cu ilə nisbətən daha az olub. Ancaq 2020-ci ildə qısamüddətli xarici borc nisbəti 2019-cu ilə nisbətən artıb.

Hesabatda göstərilir ki, türk lirəsindəki zəifləmə və inflyasiya davam edərsə, dollarlaşma artacaq və banklara inam nəzərə çarpacaq dərəcədə zəifləyəcək. Eyni zamanda, şirkətlərdə nağd pul çatışmazlığının yaşanması xarici valyutada depozitlərin azalacaq və ya qeyri-sabitliyə səbəb olacaq.