USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

FES rəhbərindən dollarla bağlı açıqlama

12.04.2021 İqtisadiyyat
0 0
ABŞ-ın mərkəzi bankı kimi fəaliyyət göstərən Federal Ehtiyat Sistemi (FES) rəqəmsal dolların dövriyyəyə buraxılması imkanlarını araşdırır, lakin hələ ki bu barədə heç bir qərar verilməyib.

"Kommersant.az" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə FES sədri Cerom Pauel “CBS” telekanalına verdiyi müsahibədə bildirib.

“Biz bunu (rəqəmsal dolların buraxılışını – red.) dəyərləndiririk. Əsas ölkələrin çoxu rəqəmsal valyutadan istifadə etməyi düşünür”, – FES rəhbəri deyib.

Onun sözlərinə görə, FES belə bir valyutanın xalqa fayda gətirib-gətirməyəcəyini anlamağa çalışır: “Bunun üzərində çox çalışırıq. Biz həmçinin çox sayda texnoloji təcrübələr aparırıq. Yəni bunu texnologiyalar mümkün edib, buna görə də bunu başa düşməyi özümüzə borc hesab edirik”.

Pauel hesab edir ki, rəqəmsal dolları dövriyyəyə buraxmaq mümkündür.

“Bunun mümkün olduğunu düşünürəm, deyə biləcəyim budur... Siz görmüsünüz ki, bizim ölkəmizə bənzər bir çox ölkələrdə bu məsələ ciddi şəkildə nəzərdən keçirilir. Bu ölkələrin bəzilərində nağd pul istifadəsi kəskin şəkildə azalıb. Bizdə isə vəziyyət fərqlidir. Amerikalılar hələ də nağd puldan istifadə etməyi sevirlər, buna görə də bu məsələ ilə bağlı qərar ABŞ-dakı vəziyyətə uyğun veriləcək. Dollar dünyanın ehtiyat valyutası kimi vacibdir. Bunu (rəqəmsal dollara keçidi – red.) doğru həyata keçirməliyik”, - o deyib.

ABŞ administrasiyası Çindən ehtiyatlanır

Bazar günü “Bloomberg” agentliyi mənbələrə istinadən xəbər verib ki, ABŞ Prezidenti Cozef Baydenin administrasiyası Çinin rəqəmsal yuandan istifadə planları barədə məlumat toplayır. Agentliyin məlumatına görə, bəzi amerikalı rəsmilər Pekinin bu yeni valyutadan istifadə etməklə dolların dünyadakı rolunu azaltmağa çalışacağından ehtiyatlanırlar.

Agentliyin mənbələrinin bildirdiyinə görə, Bayden administrasiyası hazırda Çinin rəqəmsal valyutasının doğurduğu təhdidlərə qarşı heç bir tədbir planlaşdırmır. Eyni zamanda, Vaşinqtonda rəqəmsal dolların yaradılması ehtimalına maraq göstərməyə başlayıblar.

Çin rəqəmsal valyuta sahəsində dünya liderlərindən biridir. Belə ki, Çinin yaratdığı rəqəmsal valyutadan mobil rabitə siqnalı və internetə çıxış olmadan da istifadə etmək olar.

Keçən ilin avqustunda Çin Xalq Bankının Pul-Kredit Siyasəti şöbəsinin müdiri Sun Qofen bildirib ki, ÇXR müxtəlif şəhərlərdə rəqəmsal yuanın daxili qapalı sınaqlarını həyata keçirir. Lakin Çinin yeni rəqəmsal valyutasının dövriyyəyə buraxılma cədvəli hələ ki yoxdur.Report

  • Əvvəlki

    Gediş haqqı 10 qəpik aşağı salındı - VİDEO

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0