Bu ilin yanvar-mart aylarında Azərbaycanda əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 2 milyard 365,2 milyon manat olub.
"Kommersant.az" xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,4 % azdır.
Hesabat dövründə o cümlədən qeyri neft-qaz sektoruna investisiya qoyuluşu 32,2 % azalaraq 1 milyard 009,5 milyon manata, ondan qeyri neft-qaz sənayesinə 1,7 % azalaraq 202,2 milyon manata enib.