USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ müttəfiqlərinə İrandan neft idxalını dayandırmaları üçün təzyiq göstərir

27.06.2018 İqtisadiyyat
0 0
ABŞ Xarici İşlər Nazirliyi, ABŞ-ın müttəfiqlərinə İrandan neft idxalını 4 Noyabra qədər sıfırlamaq üçün təzyiq göstərdiyini açıqlayıb. Bundan başqa, şəxslər hər hansı bir uzatma ya da sərbəstlik təklif etmək istəmədikləri məlumatını veriblər.

"Kommersant" xəbər verir ki, ABŞ May ayında İran ilə bağlanmış nüvə müqaviləsindən çıxdığını açıqlayıb və ABŞ rəhbərliyi Avropanı İslam dövlətilə olan ticarət əlaqələrini azaltmaq lazım olduğu barədə xəbərdar etmişdi.

Adının açıqlanmasını istəməyən mənbələr, ABŞ-ın İrandan neft idxal edən ölkələr arasında yer alan Türkiyə, Çin və Hindistan ilə görüşlər keçirməyi planlaşdırdığını bildirib. Görüşlərdə əsas məqsədin həmin ölkələrin İrandan neft idxalına son qoymaları olduğu bildirilir.

Açıqlamanın ardından neft qiymətləri yüksəlib. Qərbi Texas nefti 3.8 faiz bahalaşaraq 70,76 dollara, Brent nefti isə 2,3% bahalaşaraq 76,50 dollara qalxıb.