USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Facebook kriptovalyuta reklamı qadağasını yumuşaldır

27.06.2018 İqtisadiyyat
0 0
Facebook, Bitcoin kimi kripto pullara dair reklam qadağasını yumuşaldır.

"Kommersant" xəbər verir ki, sosial media platforması Facebook Inc, təqdim olunan məhsulların təhlükəsizlik və qanuna uyğunluğuna yönəlmiş bir nəzarət prosesinin ardından sözügedən məzmunlara icazə veriləcəyini bildirib.

Şirkət tərəfindən Yanvar ayında verilən açıqlamada kriptovalyuta reklamlarının tez-tez yalan və aldadıcı tətbiqlərə istiqamətləndirdiyinə işarə edilərək əngəlləndiyini bildirilmişdi.

Çərşənbə axşamı dərc olunan bloq yazısına görə, sosial şəbəkə, ikitərəfli opsiyonlar və kriptovalyutalarda ilkin kütləvi təklif (ICO) kimi digər riskli maliyyə məhsullardakı qadağanı davam etdirəcək.