USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mark Zukerberqin başı dərddə

27.06.2018 İqtisadiyyat
0 0
"Facebook" şirkətinin ümumilikdə 3 milyard dollarlıq səhmlərinə sahib olan iri investorlar sosial şəbəkələrin qurucusu Mark Zukerberqi İdarə Heyətinin sədri vəzifəsindən uzaqlaşdırmaq və onu şirkətdəki hakimiyyətdən məhrum etmək niyyətindədir.

"Business Insider"xəbər verir ki, "Facebook" səhmdarları sosial şəbəkə yaradıcısının şirkəti idarə etmək prinsipindən narazıdırlar.

Onların fikrincə, M.Zukerqerqdən narazılıqları 2012-ci ildən - şirkətin hərraclara çıxdığı andan bəri ilk dəfə pik nöqtəyə çatıb. Ardıcıl qalmaqallardan - platformadan ABŞ-dakı seçkilərə təsir edilməsində istifadədən tutmuş "Cambridge Analytica" şirkəti tərəfindən istifadəçi məlumatlarının toplanmasının cəzasız qalmasına qədər - sonra aksionerlərin məyusluğu daha da artıb.

Narazı səhmdarlar hesab edirlər ki, şirkətin korporativ strukturu Zukerberqi icraçı direktor və İdarə Heyətinin sədri kimi toxunulmaz etdiyindən bütün problemlərə müvafiq reaksiya verilməyib.

Report