USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünyanın ən güclü iqtisadiyyatının reytinqi açıqlandı

27.06.2018 İqtisadiyyat
0 0
Beynəlxalq kredit reytinqi agentliyi "Standard & Poor's" (S&P), ABŞ-ın kredit reytinqinin təsdiq edildiyini bildirib.

S&P-dən verilən açıqlamada, ABŞ-ın kredit reytinqinin "AA+" səviyyəsində təsdiq edildiyi və proqnozunun "sabit" olduğu bildirilib.

ABŞ iqtisadiyyatının müqavimətli və müxtəlifliyə sahib olduğunun vurğulandığı açıqlamada, digər tərəfdən, yüksək dövlət borcunun, artan büdcə kəsirinin, qısamüddətli siyasətlərin və bunlarla bağlı qeyri-müəyyənliklərin ölkənin kredit reytinqi baxımından pis hallar olduğuna diqqət çəkilib.

Daha təsirli dövlət siyasətlərinin həyata keçirilməsi halında ölkənin kredit reytinqinin yüksəldilə bilinəcəyinə yer verilən açıqlamada, ancaq, uzun dövrdə maliyyə çətinlikləri tarazlaşdıracaq tədbirlərin görülməməsi vəziyyətində isə ölkənin kredit reytinqinin mənfi təsir göstərəcəyi xəbərdarlığı edilib.

Açıqlamada, keçən il 2,3% nisbətində artım qeyd edən ABŞ iqtisadiyyatının bu il 3%, gələn il isə 2,5% nisbətlərində artacağının nəzərdə tutulduğu qeyd edilib.